Braziliya – Argentina matçı təxirə salındı - FOTO

10:03 6 Sentyabr 2021

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya - Argentina oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, matç başladıqdan bir neçə dəqiq sonra Braziliya Səhiyyə Nazirliyinin nümayəndələri və polislər meydana daxil olub. Onlar Argentina millisinin bəzi futbolçularının koronavirus qaydalarına riayət etmədiyi üçün bu addımı atıblar. Polislər Argentina millisinə İngiltərədən gələn 4 oyunçusunu - Emiliano Martines, Emiliano Buendiya, Covani Lo Çelso və Serxio Romeronu deportasiya etmək istəyiblər.

 

İngiltərədən ölkəyə gələn şəxslər 10 günlük karantindən keçməlidilər. Ancaq oyunçular miqrasiya işçilərinə yalan məlumat veriblər. Bu yaxınlarda İngiltərəyə getmədiklərini iddia ediblər.

 

Argentina tərəfi polisin deportasiya həyata keçirmək istəyinə qarşı çıxıb və komanda olaraq paltardəyişmə otağına yollanıb. Hakimlər yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.  



Digər xəbərlər

Xəbər xətti