U-19 millimiz Macarıstana uduzdu

10:21 6 Sentyabr 2021

Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
 
Sportarena.az xəbər verir ki, Macarıstan millisi ilə oyun rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Millimizin heyətində Mehrac Baxşəli fərqlənib. U-19 turnirdə son oyununu sentyabrın 7-də monteneqrolu yaşıdlarına qarşı keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti