Hərbi çevrilişə görə DÇ-2022-nin oyunu təxirə salındı

11:49 6 Sentyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində Qvineya və Mərakeş milliləri arasındakı bu gün keçirilməli olan oyun təxirə salınıb.

Sportarena.az Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Qvineyada baş verən hərbi çevrilişdir.

 

FIFA və CAF təhlükəsizliyi qorumaq üçün qarşılaşmanı təxirə salmağa qərar verib.

Qeyd edək ki, Qvineyada hərbi çevrilişdən sonra ölkə prezidenti girov götürülüb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.  


Digər xəbərlər

Xəbər xətti