Azərbaycan - Portuqaliya oyununa şəhid ailələri üçün bilet ayrılıb

14:29 7 Sentyabr 2021

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə YAŞAT Fondu arasında mövcud əməkdaşlıq çərçivəsində DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununa AFFA tərəfindən şəhid ailələrinin üzvlərinə və şəhid övladlarına bilet ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Xatırladaq ki, AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində YAŞAT Fondunun vasitəçiliyi ilə Avro-2020-nin Bakıda keçirilmiş oyunları üçün də şəhid övladlarına biletlər təqdim etmişdi. 


Digər xəbərlər

Xəbər xətti