U-21 millimizdən biabırçı məğlubiyyət

00:04 8 Sentyabr 2021

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportarena.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv səfərdə Avstriya ilə üz-üzə gəlib. "Kayne Zorgen Arena"dakı qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 6:0. 

Qrupun digər görüşündə Xorvatiya səfərdə Finlandiyaya qalib gəlib - 2:0.

 

Qeyd edək ki, millimiz qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

A qrupu

Avropa çempionatının seçmə mərhələsi

20:00. Avstriya - Azərbaycan - 6:0
Qollar:
 Adamu, 3, Ayvu, 19, Adamu, 40, Şmid, 86, Anselm, 90+1, 90+3
Hakimlər: Amin Kurqheli, Yuri Xomçenko, Viktor Xetskov, Denis Şerbakov (Belarus)
Rid, "Kayne Zorgen Arena"


Digər xəbərlər

Xəbər xətti