Komandasını məğlubiyyətdən xilas edən futbolçuda dopinq aşkarlandı

11:49 9 Sentyabr 2021

Qazaxıstan milli komandasının futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb.

 

Sportarena.az xəbər verir ki, “Tobol”da çıxış edən yarımmüdafiəçinin dopinq testi müsbət nəticə verib.  27 yaşlı yarımmüdafiəçi bu səbəbdən, DÇ-2022-nin seçmə mərhələsinin Bosniya və Herseqovina ilə matçında (2:2) iştirak etməyib.

 

Ruslan DÇ-2022-nin seçmə mərhələsinin Ukrayna ilə ev oyununda (2:2) dubl edərək komandasını məğlubiyyətdən xilas etmişdi.


Digər xəbərlər

Xəbər xətti