“Qalatasaray”ın yeni transferi əməliyyat olunacaq

10:45 10 Sentyabr 2021

“Qalatasaray” klubu ciddi itki ilə üzləşib. İstanbul təmsilçisinin futbolçusu Barış Alper Yılmaz sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Türkiyənin U-21 yığmasının düşərgəsində əlindən zədə alan Barışın əməliyyat olunacağı bildirilib. 21 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 
Türk futbolçu bu yay “Ankara Keçiörəngücü”dən “Qalatasaray”a keçib. O, İstanbul təmsilçisi ilə 4 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti