Cüdo yığmamız MDB oyunlarında gümüş medal qazanıb

Sportarena.az      11 Sentyabr 2021 , 00:46

Azərbaycanın cüdo komandası Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.

Sportarena.az xəbər verir ki, millimiz 1/4 finalda Qırğızıstana, yarımfinalda Qazaxıstana qalib gəlsə də, finalda Özbəkistana 3:5 hesabı ilə uduzub.

 

Finalda 100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov Muzafferbek Turoboyevə, Elçin Hüseynov (66 kq) Dilşodbek Yuldoşevə, Səbinə Əliyeva (52 kq) Yulyana Maksatbayeva, Diana Şoranova (63 kq) Şukurcon Aminovaya, Nərmin Əmirli (78 kq) isə İrisxon Kurbanbayevaya məğlub olub.

Şəfəq Həmidova (48 kq) Halimajon Kurbonovaya, Rövşən Əliyev (60 kq) Kamoliddin Baxtiyorova, Zelim Tçkayev (81 kq) isə Nurbek Murtozoyevə qalib gəlib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin