20 yaşlı gürcü futbolçu koronavirusdan dünyasını dəyişdi

15:12 11 Sentyabr 2021

Gürcüstanın “Vit Corciya 2” komandasının futbolçusu Vaxtanq Çarkviani vəfat edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu koronavirusdan ölüb.

 

Vaxtanq Çarkviani Tbilisi “Dinamo”sunun yetirməsidir. O, Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət yığmasında da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti