Dani Alveş "San Paulo"dan ayrıldı, klubsuz qaldı

02:29 12 Sentyabr 2021

Braziliyalı millisinin üzvü müdafiəçisi Dani Alveş "San Paulo"dan ayrılıb.

Sportarena.az xəbər verir ki, bu barədə yerli mətbuata sözügedən klubun idman direktoru Karlos Belmonte məlumat verib.

O, futbolçunun maaşının gecikməsi səbəbindən belə qərar qəbul etdiyini bildirib. Söhbət 2 milyon avroluq borcdan gedir. Alveş artıq klubla bütün danışıqları dayandırıb və özünə yeni komanda axtarmağa başlayıb.

38 yaşlı müdafiəçi təxminən iki həftə idi Braziliya millisinin düşərgəsində idi. O, yığmanın toplanışından sonra "San Paulo"ya qayıtmaqdan və məşqlərə qatılmaqdan imtina edib.


Digər xəbərlər

Xəbər xətti