Araz Abdullayev oynadı, "Etnikos" "Paeek"lə oyundan məğlub ayrıldı

11:50 12 Sentyabr 2021

Cənubi Kipr çempionatında 2-ci turun matçları oynanılıb.

Sportarena.az xəbər verir ki, milli komandamızın formasını geyinmiş Araz Abdullayev "Etnikos"un heyətində növbəti matçına çıxıb. Axna təmsilçisi evdə PAEEK-lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Start heyətində meydana çıxan Abdullayev 57-ci dəqiqədə əvəzlənib.

 
Hər 2 turda uduzan "Etnikos" xalsızdı və 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti