Azərbaycanın veteran futbolçusu Yaşar Babayev vəfat etdi

15:20 12 Sentyabr 2021

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib.

Sportarena.az xəbər verir ki, o, 80 yaşında vəfat edib.

 

Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.

Keçmiş müdafiəçi ittifaq çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.

Y.Babayev 1963-1971-ci illərdə flaqmanın formasını geyinib.


Xəbər xətti