İspaniya çempionatı: "Atletiko" səfərdə, "Real" öz meydanında qalib gəldi

13:30 13 Sentyabr 2021

Futbol üzrə İspaniya La Liqasında 4-cü turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
 
Lider “Real” bu turda “Selta” ilə qarşılaşıb. Madrid təmsilçisi yeddi qolun qeydə alındığı bu oyunda darmadağına sevinib.
 
Madridin digər təmsilçiis “Atletiko” isə Kataloniya səfərində “Espanyol” üzərində əzmkar qələbə qazanıb.
 
“Valensiya” səfərdə “Osasuna”ya, “Real Sosyedad” isə “Kadis”ə qalib gəlib.
 
Turun “Vilyarreal” – “Alaves” və “Sevilya” – “Barselona” matçları təxirə salınıb.
 
İspaniya La Liqası
4-cü tur
11 sentyabr
 
Levante – Rayo Valyekano 1:1
Qol: Marti, 39-pen – Qvardiola, 90+2.
 
Atletik – Malyorka 2:0
Qol: Vivian, 68. Uilyams, 74.
 
12 sentyabr
 
Espanyol – Atletiko 1:2
Qol: De Tomas, 40 – Karrasko, 79. Lemar, 90+9.
 
Osasuna – Valensiya 1:4
Qol: Monkayola, 8 – M.Qomes, 26. A.Hernandes, 51-öz qapısına. Quedes, 55. Alderete, 73.
 
Kadis – Real Sosyedad 0:2
Qol: Oyarzabal, 71; 84-pen.
 
Real – Selta 5:2
Qol: Benzema, 24; 46; 87. Vinisius, 54. Kamavinqa, 72 – Mina, 4. Çervi, 31.
 
13 sentyabr
 
22:00 Xetafe – Elçe
00:00 Qranada – Betis


Digər xəbərlər

Xəbər xətti