"Qarabağ"ın rəqibi olan "Bazel" Bakıya gəlir - FOTO

13:09 15 Sentyabr 2021

Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olan "Bazel" bu gün İsveçrəni tərk edib.

Sportarena.az xəbər verir ki, isveçrəlilər Ağdam klubu ilə oyun üçün paytaxtımıza yol alıb.

Bu gün günorta saatlarında Bakıda olacaq komanda dərhal otelə yollanacaq, axşam isə oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq.

​Xatırladaq ki, “Qarabağ” – “Bazel” oyunu sabah 20:45-də BOS-da keçiriləcək. 



Xəbər xətti