Əfqanıstanın qadın futbol yığması ölkədən qaçdı

17:14 15 Sentyabr 2021

Əfqanıstanın qadın futbolçulardan ibarət milli komandası ölkədən qaçıb.

Sportarena.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Favad Çaudri “Daily Sabah”a açıqlamasında deyib. Nazir qadın futbolçuların Əfqanıstan – Pakistan sərhədindəki “Torham” keçid məntəqəsində olduqlarını bildirib. Onun dediyinə görə, futbolçular Pakistan Futbol Federasiyası tərəfindən qəbul ediləcək.

 

Qeyd edək ki, Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra xeyli insan, o cümlədən, idmançılar ölkəni tərk edib.


Digər xəbərlər

Xəbər xətti