UEFA Gənclər Liqası: "Qəbələ" "Alkmar"a böyük hesabla uduzdu

09:45 30 Sentyabr 2021

 “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

 

Sportarena.az xəbər verir ki, çempionlar yolunda qüvvəsini sınayan “qırmızı-qaralar” I mərhələnin ilk matçına çıxıb. U-19 komandamız Niderland təmsilçisi “Alkmaar”la görüşüb.

 

AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olan Famil Xəlilovun yetirmələri ilk matçı evdə keçirib. Görüş Qəbələ şəhər stadionunda baş tutub. “Qəbələ” UEFA Gənclər Liqasında iştirak üçün 30 futbolçu sifariş edib. Bunlar qapıçılar Məmməd Muradov, Kamil Nəzərli, Həsən Həsənli, müdafiəçilər Xəyal Səmədov, Süleyman Damadayev, Hüseyn Mürsəlov, Samir Ağayev, Rüfət Əhmədov, Nuqay Rəşidov, Murad Musayev, Ülvü Mədətov, İbrahim Ramazanov, İxtiyar Məmiyev, Ravil Qafarov, yarımmüdafiəçilər Gülağa Əsədov, Şahin Şahniyarov, Okan Təhməzli, Rauf Rüstəmli, Rauf Məhərrəmov, Taleh Qarayev, Fuad Əhmədov, Emil Süleymanov, Fərid Kələntərov, Aqil Nəsibov, hücumçular Mehrac Baxşalı, Çiçin Namçi Akande, Emil Səfərov, Elmir Hüseynli, Kənan Baxışov və Sənan Ağalarovdur.

 

Bu, “Qəbələ”nin turnirdə 4-cü startıdır. 2016/17 mövsümündə “Dinamo” (Moskva, Rusiya) səddini keçə bilməyən (0:2, 0:5) “qırmızı-qaralar” 2 il sonra Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Komandamız 2018/19 mövsümündə öncə Moldova “Şerif”i (1:1, 3:1), ardınca Almaniya “Herta”sı ilə (1:3, 0:1) görüşüb. 2019/20 mövsümündə APOEL-lə (Kipr) qarşılaşan (1:1, 0:1) ötən il Şimali Makedoniya “Şkendiya”sı qarşılaşması mövsümün koronavirus pandemiyası üzündən ləğvi nəticəsində baş tutmayıb.

 

Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 20-də Niderlandda keçiriləcək. Bu cütün qalibi növbəti raundda “Çikzereda” (Rumıniya) – “Anje” (Fransa) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

 

Çempionlar yolu

I mərhələ, ilk oyun

“Qəbələ” (Azərbaycan) – “Alkmaar” (Niderland) 0:4

Baş hakim: Viktor Kopiyevski

Baş hakimin köməkçiləri: Vitali Skoblia, Volodimir Korotin (hamısı Ukrayna)

Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)

Qəbələ şəhər stadionu


Xəbər xətti