Futzal üzrə dünya çempionatının ilk finalçısı bəlli oldu

13:06 30 Sentyabr 2021

Litvada keçirilən futzal üzrə Dünya çempionatının ilk finalçısı məlum olub.

Sportarena.az xəbər verir ki, yarımfinalın ilk matçında Argentina və Braziliya yığmaları üz-üzə gəlib. Konstantino Vaporaki və Kristian Borrutonun qolları ilə önə keçən argentinalılar sonradan 1 qol buraxsa da, finala çıxmağı bacarıb - 2:1.
 

Argentina finalda Qazaxstan - Portuqaliya matçının qalibi ilə qarşılaşacaq. Həmin yarımfinal görüşü sentyabrın 30-da baş tutacaq.


Xəbər xətti