Qurban Qurbanov: "Fasilədən sonra daha yaxşı oynadıq və qələbəyə layiq idik"

10:13 1 Oktyabr 2021

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının H qrupunun 2-ci turunda "Omoniya"ya qarşı keçirilən görüşdən sonra mətbuat konfransında danışıb.

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 4:1 hesablı qələbəni bu cür şərh edib:

"Futbolçularıma fədakar mübarizəyə görə təşəkkür edirəm. Doğrudu, ilk yarıda hesabda geridəydik. Amma uşaqlar sona qədər mübarizə apardı. Rəqibimizə növbəti matçlarda uğurlar arzulayıram. İlk yarıda da imkanlarımız var idi.

Bir neçə epizodda anlaşılmazlıq oldu. Halbuki futbolçulara diqqətli olmağı tapşırmışdım. Nəticədə ilk qolu biz buraxdıq. İkinci yarıya qələbə qazanmaq məqsədilə çıxdıq. Uşaqlar ruhdan düşmədi. Fasilədən sonra daha yaxşı oynadıq və qələbəyə layiq idik".


Digər xəbərlər

Xəbər xətti