Çempionlar Turu : Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final mərhələsində qələbə qazanıb

10:08 2 Oktyabr 2021

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun görüşləri davam edir. 

 

Sportarena.az xəbər verir ki, final mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla ABŞ təmsilçisi Hikaru Nakamura arasındakı görüş başa çatıb. 5-ci partiyada rəqibini məğlub edən Məmmədyarov yekunda 3:2 hesablı qələbə qazanıb.

 

Teymur Rəcəbov isə ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Görüş Rəcəbovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2 partiyada qalib gələn 34 yaşlı qrossmeyster 3-cü qarşılaşmada uduzsa da, sonuncu görüşdə rəqibini təslim olmağa məcbur edib.


Digər xəbərlər

Xəbər xətti