"Başakşəhər"in baş məşqçisi istefa verdi

19:44 2 Oktyabr 2021

Türkiyənin "Başakşəhər" klubu baş məşqçisi Aykut Kocamanla yolları ayırıb.

Sportarena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, Kocamanın Super Liqada "Karagümrük"ə məğlubiyyətdən (1:3) sonra rəhbərliyə təqdim etdiyi istefa ərizəsi qəbul edilib.

Aykut Kocaman ötən mövsümdən "Başakşəhər"i çalışdırırdı.


Digər xəbərlər

Xəbər xətti