İspaniya çempionatı: “Real” ilk məğlubiyyətinə üzüldü

11:14 4 Oktyabr 2021

Futbol üzrə İspaniya La Liqasında 8-ci tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
 
“Elçe” “Selta”nı, “Vilyarreal” isə “Betis”i məğlub yola salıb.
 
Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Real Sosyedad” “Xetafe” ilə qarşılaşıb və xal itkisi ilə üzləşib.
 
Lider “Real” bu turda Kataloniya təmsilçisi “Espanyol”un qonağı olub. Madrid təmsilçisi bu oyunda məğlub olmaqla cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. “Sevilya” isə səfərdə “Qranada”ya uduzub.
 
İspaniya La Liqası
8-ci tur
1 oktyabr
 
Atletik – Alaves 1:0
Qol: R.Qarsiya, 44.
 
2 oktyabr
 
Osasuna – Rayo Valyekano 1:0
Qol: M.Sançes, 90+1.
 
Malyorka – Levante 1:0
Qol: Baba, 74.
 
Kadis – Valensiya 0:0
 
Atletiko – Barselona 2:0
Qol: Lemar, 23. L.Suares, 44.
 
3 oktyabr
 
Elçe – Selta 1:0
Qol: Benedetto, 49.
 
Espanyol – Real 2:1
Qol: De Tomas, 17. Vidal, 60 – Benzema, 71.
 
Vilyarreal – Betis 2:0
Qol: Danjuma, 45+1; 69.
 
Xetafe – Real Sosyedad 1:1
Qol: Ramires, 40 – Oyarzabal, 68.
 
Qranada – Sevilya 1:0
Qol: Roşina, 25.


Digər xəbərlər

Xəbər xətti