I Divizion: "Qarabağ"la "Neftçi"dən qələbə

01:19 20 Oktyabr 2021

Azərbaycan 1-ci Divizionunda 5-ci tura start verilib.

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Neftçi”nin əvəzediciləri “Sumqayıt”ın ikinci komandası üzərində darmadağına sevinib. “Qarabağ”ın ikinci komandası isə səfərdə “Keşlə”nin əvəzedicilərini üstələyib.

 

1-ci Divizion

5-ci tur

19 oktyabr

"Neftçi-2" – "Sumqayıt-2" - 5:0

Qol: Ramin Nəsirli, 41. Xəqani Sadıxov, 48; 57. Əli Sadıxov, 52. Fərid İsgəndərov, 83.

Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Elvin Bayramov.

“Neftçi” Futbol Mərkəzi (ehtiyat meydança)

 

"Keşlə-2" – "Qarabağ-2" - 1:2

Qol: Əbdülkərim Ağamalıyev, 3 – Mehdi Tahirov, 45+3. Nihad Quliyev, 53-pen.

Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Əli Əliyev.

Bakı. “ASK Arena”


Xəbər xətti