"Ayaks"ın müdafiəçisi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

03:05 22 Oktyabr 2021

Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən "Ayaks"ın müdafiəçisi Deyli Blind bu ada layiq görülüb.

 

Qeyd edək ki, 31 yaşlı futbolçu "Borussiya"ya (Dortmund) 4:0 hesabı ilə qalib  gəldikləri görüşdə bir qol vurub. O, qarşılaşmada 9 dəfə isə rəqib hücumunun qarşısını alıb.


Digər xəbərlər

Xəbər xətti