"Araz-Naxçıvan"ın baş məşqçisi: "Qələbə qazansaq da, komandamın oyunundan razı qalmadım"

00:40 30 Oktyabr 2021

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün “Yunayted Galati” ilə qarşılaşıb və 5:3 hesabı ilə qələbə qazanıb.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra təmsilçimizin baş məşqçisi Joze Alesio Da Silva açıqlama verib:

 

“Çox çətin oyun oldu. Qələbə qazansaq da, komandamın oyunundan razı qalmadım. Ola bilsin, “Uraqan”a qarşı çox güc sərf etdik, onun yorğunluğundan irəli gəlsin. Başlanğıc yaxşı oldu. Ardıcıl iki qol vurduq. Bunun davamını da gətirə bilərdik. Şanslarımız oldu. Sonra ötürmələrdə çoxlu səhvlərə yol verdik. Uşaqlar istəkli idilər, qələbə qazanmaq üçün çalışdılar. Ancaq səhvlərdən də qaça bilmədik. Həm də bu gün Rumıniya təmsilçisinin iki futzalçısı bizə qarşı oynamadı. Biri zədəli, digəri cəzalı idi. Uşaqlar bunu bilirdilər. Bu da görünür onlarda arxayınlıq yaratdı, konsentrasiyanı itirdi. Çox işləməliyik. Belə oynamamalıyıq. Nizam-intizam çox vacibdir. Udmaq da olar, uduzmaq da. Amma düzgün oynamaq, intizama riayət etmək lazımdir. Yenə deyirim, düzəltməli olduğumuz məqamlar var.

 

Qrupdakı vəziyyətlə bağlı indi bir söz deyə bilmərəm. Günün ikinci oyununu nəticəsindən çox şey asılıdır. Ona görə də son matça belə qələbə qazanmaq üçün çıxacağıq”.


Digər xəbərlər

Xəbər xətti