Qurban Qurbanov üçün yubiley qələbəsi

10:55 1 Noyabr 2021

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasında 350-ci qələbəsini qazanıb.

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 10-cu turunun “Neftçi” ilə matçına təsadüf edib. 49 yaşlı mütəxəssisin komandası 4:0 hesabı ilə qalib gəlib.

 

Baş məşqçi karyerasına “Neftçi”də başlayan Qurbanov ilk qələbəsini bu komanda ilə əldə edib. 2006-cı il avqustun 6-da onun komandası “Gənclərbirliyi” ilə çempionatdakı ev görüşündə 6:1 hesablı qələbəyə sevinib. Qurbanov 15 illik baş məşqçi karyerasında üç komandanı çalışdırıb. O, “Neftçi” ilə 25, “Qarabağ”la 321, Azərbaycan milli komandası ilə 4 qələbənin sevincini yaşayıb.


Xəbər xətti