AFFA Samir Abasovu cəzalandırdı

17:06 5 Noyabr 2021

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 9-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

Premyer Liqanın IX turunun “Zirə” – “Keşlə” oyununda “Keşlə” klubunun futbolçusu Tural Axundov “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

 

IX turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnir (maddə 51.2);

 

“Neftçi” klubunun baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 41.4);

 

“Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);


Xəbər xətti