Azərbaycan Premyer Liqası: "Qarabağ"dan darmadağın, "Qəbələ"dən qələbə

09:27 8 Noyabr 2021

Azərbaycan Premyer Liqasında "Zəfər turu"na yekun vurulub.

Sportarena.az xəbər verir ki, 10-cu turun son günündə 2 matç keçirilib.

 

Əvvəlcə "Səbail" "Qəbələ"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:0. Bu qələbə ilə xallarının sayını 18-ə yüksəldən "qırmızı-qaralar" "Zirə" və "Neftçi"ni qabaqlayaraq 2-ci pilləyə yüksəlib.  

Digər oyunda isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Görüş Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Musa Qurbanlı dubl edib.

 

“Sumqayıt” – “Qarabağ”  - 0:4 

Qollar: Ramil Şeydayev, 39, Musa Qurbanlı, 45+3, Maksim Medvedev, 51-pen. Musa Quqbanlı, 76 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
“Kapital Bank Arena”.

“Səbail” – “Qəbələ” 0:2 

Qol: Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5

Qırmızı vərəqə: Yurqen Qoxa, 56 ("Səbail")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
“ASCO Arena”


Digər xəbərlər

Xəbər xətti