"Araz-Naxçıvan" vahid liderliyi ələ keçirdi

14:00 10 Noyabr 2021

Yüksək Liqada V turdan təxirə salınmış oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, turnir cədvəlinin ilk iki pilləsində yer alan EKOL və “”Araz-Naxçıvan” komandaları qarşılaşıb. Dövlət Bayrağı Günü ilə əlaqədar futzalçılar meydana Azərbaycan Respublikasının bayraqları ilə daxil olublar. Oyundan əvvəl dövlət himni səsləndirilib.

 

Oyuna gəldikdə, Rizvan Fərzəliyev və İsaq Suğalı zədəli olduğuna görə, komandasına kömək edə bilmirdi. EKOL isə mübarizəyə tam heyətlə başlamışdı.

 

Oyunda hesab erkən açıldı. 1-ci dəqiqənin tamam olmasına 9 saniyə qalmış Felipinyo rəqibi meydanın mərkəzinə dəvət etdi. Aqressiv oyun tərzini davam etdirən çempion 3-cü dəqiqədə növbəti qolunu vurdu. Manekanın ötürməsini yenə Felipinyo tamamladı. Düzdür, 4-cü dəqiqədə EKOL fərqi minimuma endirmək üçün şans qazandı. Di gəl, Namiqin ötürməsini Ələkbərov qapıdan keçirə bilmədi. 12-ci dəqiqədə EKOL ikinci dəfə real qol epizodunu qaçırdı. Radikin parallel ötürməsinə Abasov düzgün toxuna bilmədi. Əvəzində fərq artdı. Nominal qonaqların heyətində Amirin başladığı, Ramiz-Xətai tandeminin davam etdirdiyi hücumu Atayev qolla yekunlaşdırdı. 17-ci dəqiqədə EKOL meydanda azlıqda qaldı. Məmmədkərimov ikinci sarı-qırmızı vərəqə aldığına görə meydanı erkən tərk etməli oldu. Azlıqda qalan EKOL 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazansa da, Radikin zərbəsini Rövşən zərərsizləşdirdi.

 

İkinci hissəyə EKOL qolla başladı. Atakişiyev fərqi 2 topa endirdi. Növbəti qol 33-cü dəqiqədə vuruldu. Çovdarov dəqiq oynamaqla komandasının üstünlüyünü 3 topa çatdırdı.

 

EKOL – “Araz-Naxçıvan” (0:3) 1:4

Qollar: Fərid Atakişiyev, 21:20 // Felipinyo, 0:51, 2:24, İsa Atayev, 12:07, Ramiz Çovdarov, 32:42


Digər xəbərlər

Xəbər xətti