"Sumqayıt" "Səbail"lə qarşılaşacaq

15:38 11 Noyabr 2021

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Sportarena.az xəbər verir ki, Ayxan Abbasovun komandası "Səbail"lə qarşılaşacaq.

 

Noyabrın 13-də Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçiriləcək matça saat 14:00-da start veriləcək.


Digər xəbərlər

Xəbər xətti