"Qələbə qazanıb, xalqımızı sevindirmək istəyirdik" - AÇIQLAMA

01:31 12 Noyabr 2021

Azərbaycan millisinin futbolçusu Azər Salahlı yığmamızın DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa uduzduğu (1:3) matç barədə danışıb. 

Sportarena.az xəbər verir ki, 27 yaşlı müdafiəçi oyundan sonra açıqlamasında millimizin yaxşı çıxış etdiyini deyib: 

 

"Mərhələnin son oyunu idi. Qələbə qazanıb xalqımızı sevindirmək istəyirdik. Amma alınmadı. Yaxşı oyun sərgilədik. Epizodlardan yalnız birindən istifadə etdik. Əsas məqsədimiz qələbə qazanmaq idi. Hücumameyilli oynamaq niyyətində idik. Sadəcə, erkən qırmızı vərəqə çıxışımıza təsir etdi. Azarkeşlərə isə dəstək olduqlarına görə təşəkkür edirəm".


Digər xəbərlər

Xəbər xətti