Azərbaycan yığması Norveçə də uduzdu - YENİLƏNİB

21:50 16 Noyabr 2021

Bu gün 21 yaşlılardan ibarət Azərbaycan yığması AÇ-2023-ün seçmə mərhələsində növbəti matçına çıxıb.

Sportarena.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komanda Norveçlə üz-üzə gəlib.

20:00 Azərbaycan(U-21) - Norveç (U-21) 1:2

Bakı, "Bakcell Arena"
Baş hakim: Vasilis Fotias(Yunanıstan)

Azərbaycan yığması qrupda bundan əvvəlki matçlarda Xorvatiya(0:2, 1:5), Avstriya (0:3, 0:6) və Finlandiya (1:1) ilə oynamışdı.


Xəbər xətti