Karateçimiz dünya çempionatında bürünc medal qazandı

12:53 20 Noyabr 2021

Azərbaycan karateçisi Asiman Qurbanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında bürünc medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə yer alan idmançı 3-cü yer uğrunda görüşdə Rodriqo Roxasa (Çili) 5:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, bu gün Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) qızıl, kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq.


Digər xəbərlər

Xəbər xətti