"Vəziyyət yaxşı deyil" - "Neftçi"nin məşqçisi

01:00 21 Noyabr 2021

"Nəsə danışmaq çətindir. Ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanıb hər şeyi qaydasına salmaq istəyirdik. Alınmadı. Çətin dönəm keçiririk. İnanıram ki, gələcəkdə hər şey yaxşı olacaq".

Bunu "Neftçi"nin məşqçisi Mübarizə Orucov evdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın 11-ci tur matçından sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis problemlərin səbəbini bildiklərini və bunun üzərində işlədiklərini bildirib: "Hər hissədə fərqli oyun izlədik. Rəqib bizdən üstün oynadı. Səhvlərimizin üzərində işləyəcəyik. Qarşıda oyunlar var. Heç nə itirilməyib. Düzdür, vəziyyət yaxşı deyil. Biz də bunun fərqindəyik. Komandanı əvvəlki formasına qaytaracağıq".

Onun sözlərinə görə, belə oyunlardan sonra paltardəyişmə otağında gərginlik olmasa da, məyusluq olur: "Üzərimizdə hər hansı təzyiq yoxdur. Bədbinliyi üstümüzdən atmaq lazımdır".

Orucov final fitindən sonra azarkeşlərlə Mirabdulla Abbasovun arasındakı insidentə də aydınlıq gətirib: "Neftçi" azarkeşi daim qələbə istəyir. Bu, normal haldır. Düzdür, etikadan kənara çıxmaq olmaz. Bunlar emosionallıqdan doğan hadisələrdir. Mirabdulla Abbasov da hisslərini cilovlaya bilmədi. Fanatlardan kimsə ona qarşı təhqiramiz ifadələr işlətmişdi"(Report).


Xəbər xətti