Futzal üzrə Azərbaycan çempionatının oyunu koronavirus təhlükəsinə görə təxirə salındı

16:17 25 Noyabr 2021

Futzal üzrə Yüksək Liqanın IX turu çərçivəsində sabah-noyabrın 26-da keçirilməli olan “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı federasiyaya müraciət edib. Bunu nəzərə alan federasiya matçın təxirə salınması ilə bağlı qərar qəbul edib.

 

Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.


Digər xəbərlər

Xəbər xətti