Mahir Emreli "Legiya"da ayın ən zəif futbolçusu seçildi

08:47 2 Dekabr 2021

Mahir Emreli Polşanın “Legiya” klubunda noyabr ayının ən zəif futbolçusu seçilib.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı hücumçu “Legionisci” nəşrinin versiyasına əsasən, komanda yoldaşı Mattias Yohanssonla birgə -4 xala layiq görülüb.

 

Mahir oktyabr ayında da ən zəif iki futbolçudan biri olmuşdu.

 

Varşava təmsilçisinin argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla noyabrın oyunçusu seçilib.


Xəbər xətti