"Lionel Messinin "Qızıl top"u qazanması ədalətlidir" - Xavi Hernandes

09:41 4 Dekabr 2021

"Barselona"nın baş məşqçisi Xavi Hernandes Lionel Messinin "Qızıl top"u qazanmasına münasibət bildirib.

Sportarena.az xəbər verir ki, 41 yaşlı mütəxəssis argentinalı hücumçunun bu mükafata layiq olduğunu bildirib:

"Lionel Messinin "Qızıl top"u qazanması ədalətlidir. Mənim üçün dünyanın ən yaxşısı Messidir. Eynizamanda o, tarixində də ən yaxşısıdır. Qvardiolanın da dediyi kimi Messi mükafata tamamilə layiqdir".

Qeyd edək ki, PSJ-də çıxış edən ionel Messi 7-ci dəfə "Qızıl top" mükafatını qazanıb.


Digər xəbərlər

Xəbər xətti