Misirdə futbol matçı zamanı məşqçi komandasının qolunu qeyd edərkən öldü

12:08 4 Dekabr 2021

Misirin futbol üzrə aşağı liqasının "Əl-Maqda" - "Əl-Zarka" oyununda faciəvi hadisə yaşanıb.

Görüşün 93-cü dəqiqəsində “Əl-Maqda” 1:0 hesabı ilə önə keçib. Bu zaman qələbə qoluna sevinən məşqçi Ədhəm Əl-Selhedar sevincindən huşunu itirərək yıxılıb. Ürək tutması keçirən məşqçi xəstəxanaya aparılıb. Onun öldüyü bildirilib.

 

"Əl-Maqda" bu səbəbdən 3 günlük matəm elan edib.


Digər xəbərlər

Xəbər xətti