UEFA "Qarabağ"ın oyununa təyinatları açıqladı

14:22 7 Dekabr 2021

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Bazel" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Matçı Xorvatiya Futbol Federasiyasından Fran Yoviç idarə edəcək. Ona  Hrvoye Radiç və Luka Puşiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvana Martinçiç yerinə yetirəcək.

 

Qeyd edək ki, dekabrın 9-u keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti