"Barselona" "Bazel"in futbolçusundan imtina etdi

18:04 7 Dekabr 2021

"Barselona"   "Bazel" hücumçusu Artur Kabralın keçidi ilə bağlı danışıqları dayandırıb.

Forvard “Barselona” futbolçuları üçün bütün tələblərə cavab vermədiyi üçün bu qərar verilib.

 

25 yaşlı oyunçu ötən mövsüm İsveçrə çempionatında 18 qolla "Bazel"in ən yaxşı bombardiri oldu. Bu mövsüm isə 27 matç keçirib, 25 qol vurub və 8 qolun ötürməsini verib. Braziliyalı oyunçunun klubu ilə hazırkı müqaviləsi 30 iyun 2023-cü ildə başa çatır.


Xəbər xətti