"Qarabağ" "Bazel"ə məğlub oldu - YENİLƏNİB

01:48 10 Dekabr 2021

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulur.

Sportarena.az xəbər verir ki, "Qarabağ" da qrupda son oyununa çıxıb.

Ağdam komandası "Bazel"in qonağı olub.

İsveçrə klubu ilə xalları eyni olsa da, top fərqinə görə 2-ci pillədə qərarlaşan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 1/8 finala adlamaq üçün qalib gəlməlidi.

Qrupda 2-ci yeri tutacağı təqdirdə isə "Qarabağ" Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.

9 dekabr

Konfrans Liqası

H qrupu

​00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)  3:0

Baş hakim: Fran Yoviç (Xorvatiya)


Xəbər xətti