Konfrans Liqası: “Qarabağ”ın rəqibi bəlli olub

17:41 13 Dekabr 2021

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki,İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Püşkdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da pley-offdakı rəqibi məlum olub.

 

Ağdam klubu pley-off-da "Marsel"lə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə fevralın 24-də oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək. 


Digər xəbərlər

Xəbər xətti