Avropa Liqasında püşk atıldı, cütlüklər açıqlandı

18:13 13 Dekabr 2021

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportarena.az xəbər verir ki, səpələnmiş klublar ilk matçlarını 2022-ci il fevralın 17-də səfərdə oynayacaqlar. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalında 8 qrup qalibinə qoşulacaqlar.

Avropa Liqası
Pley-off mərhələsi

"
Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Atalanta" (İtaliya) - "Olimpiakos"(Yunanıstan)
"Leypsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya)
"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
"Zenit" (Rusiya) - "Betis" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya)
"Şerif" (Moldova) - "Braqa" (Portuqaliya)
"Portu" (Portuqaliya) - "Latsio" (İtaliya)


Digər xəbərlər

Xəbər xətti