AİBA-nın adı dəyişdirildi

12:18 14 Dekabr 2021

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) adı dəyişdirilib.

Qurumun onlayn şəkildə təşkil olunan Növbədənkənar Konqresində qəbul edilən qərara əsasən, təşkilat bundan sonra İBA (Beynəlxalq Boks Assosiasiyası) kimi tanınacaq. Qərar səsvermədə yekdilliklə qəbul olunub. 

 

Qeyd edək ki, İBA üç ölkənin - Sent-Vinsent və Qrenadin, Vanuatu, Sent-Kitts və Nevisin üzvlüyünü müvəqqəti dayandırıb.  


Digər xəbərlər

Xəbər xətti