İtaliya çempionatının 2 turu təxirə salındı

13:43 24 Dekabr 2021

İtaliya B seriyasının iki turunun oyunları təxirə salınıb.

Buna səbəb koronavirusa kütləvi yoluxma hallarının olmasıdır. Yarışın 19-cu və 20-ci turunun 20 matçı əvvəlcədən nəzərdə tutulduğu kimi dekabrın 26-sı və 29-u keçirilməyəcək.

Təxirə salınmış qarşılaşmalar yanvar ayında oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti