PSJ-nin futbolçusu Rafinya Alkantara İspaniyaya qayıdır

17:18 24 Dekabr 2021

PSJ futbolçusu Rafinya Alkantaranı icarəyə verməyə hazırlaşır.

Sportarena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə "Real Sosyedad" maraqlanır. La Liqa təmsilçisinin Rafinya üçün PSJ ilə razılaşdığı və oyunçunu mövsümün sonuna qədər icarəyə götürəcəyi bildirilir.

Rafinya bu mövsüm PSJ-də 5 oyuna çıxıb.

"Barselona"nın yetirməsi olan Rafinya 2011-2020-ci illərdə bu klubda çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti