Daha 7 komandaya texniki məğlubiyyət verildi

20:48 24 Dekabr 2021

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallara da hüquqi qiymət verib.

Region Liqasında “Sədərək” – “Babək” və “Araz” (Naxçıvan) – “Kəngərli” oyunlarında “Sədərək”lə “Kəngərli” matçın gedişində meydanı özbaşına tərk etdikləri üçün hesab olduğu kimi saxlanılmaqla texniki məğlubiyyət alıblar.

U-14 Liqasının “Neftçi” İK İB – “Neftçi” PFK oyununda “Neftçi” İK İB komandası qeydiyyatda olan oyunçunun yerinə başqa oyunçunu meydana daxil etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında “Polad” FK (Sumqayıt), “Təhsil” RİM (Bakı), “Xırdalan” FK və “Aquatic” FK komandaları müvafiq olaraq “İnternational” FA, “Sahil” FA, RİOEUGİM və AZART-la matça təyin olunan vaxtda gəlmədikləri üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.


Digər xəbərlər

Xəbər xətti