“Qalatasaray” misirli hücumçunu birdəfəlik transfer etdi

22:17 27 Dekabr 2021

"Qalatasaray" icarə əsasında komandada çıxış edən Mustafa Məhəmmədin birdəfəlik keçidini həll edib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı forvardın müqaviləsində olan maddədən istifadə edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Sarı-qırmızılar" Misirin "Zamalek" klubuna 4 milyon dollarlıq sərbəst qalmaq məbləğini ödəyərək oyunçunu heyətinə qatıb.

 

"Cim Bom" misirli qolçu ilə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Qalatasaray" Mustafa Məhəmmədi 2021-ci ilin fevralında "Zamalek"dən icarəyə götürmüşdü. Misir millisinin üzvü Türkiyə klubunun heyətində meydana çıxdığı 45 matçda 14 qolla yadda qalıb.


Xəbər xətti