Kriştiano Ronaldo bütün zamanların ən yaxşı bombardiri seçilib

01:58 28 Dekabr 2021

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyasına əsasən, Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo bütün zamanların ən yaxşı bombardiri seçilib.

36 yaşlı hücumçu bu il 46 qol vurub, həmçinin peşəkar karyerasında 800-cü dəfə fərqlənib. Ronaldodan bu il yalnız Kərim Benzema (47), Kilian Mbappe, Erlinq Haaland (hər biri 49) və Robert Levandovski (69) daha çox qol vurub.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin avqustundan "Mançester Yunayted"də oynayır.


Digər xəbərlər

Xəbər xətti