İtaliyada ilin ən yaxşı futbolçuları müəyyənləşdi

13:33 31 Dekabr 2021

İtaliyada 2021-ci ilin ən yaxşı futbolçuları müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, kişilər arasında ən yaxşı adına "Yuventus"un yarımmüdafiəçisi Federiko Kyeza layiq görülüb. 24 yaşlı vinger azarkeşlər arasında keçirilən sorğuda 46 faiz səs toplayıb.

 

"İnter"in futbolçusu Nikolo Barella ikinci, "Roma"dan Leonardo Spinatsola isə üçüncü olub.

 

İtaliyada ilin ən yaxşı qadın futbolçusu isə "Yuventus"un hücumçusu Kristiana Girelli seçilib.


Digər xəbərlər

Xəbər xətti