Mahirli “Legiya”nın BƏƏ-dəki rəqibləri bəlli oldu

11:45 4 Yanvar 2022

Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubunun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki təlim-məşq toplanışındakı rəqibləri məlum olub
 
Varşava təmsilçisi yanvarın 12-də “Bazel” (İsveçrə), 15-də “Lokomotiv” (Plovdiv, Bolqarıstan), 19-da isə “Krasnodar” (Rusiya) ilə qarşılaşacaq.
 
“Legiya”nın BƏƏ-dəki toplanışına yanvarın 22-də yekun vurulacaq. Komanda bundan sonra Polşada daha iki yoxlama oyunu keçirəcək. “Legiya”nın rəqibləri “Tıxı” (28 yanvar) və “Radomyak” (29 yanvar) olacaq.


Digər xəbərlər

Xəbər xətti